Bu gün:

ABŞ Hindistandan Rusiyadan bütün neft alışlarını dayandırmaq öhdəliyi alıb


ABŞ dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında elan edib ki, ABŞ Hindistandan Rusiyadan bütün neft alışlarını dayandırmaq öhdəliyi alıb. O, bu razılaşmanın Yeni Dehli ilə məsləhətləşmələr yolu ilə əldə edildiyini bildirib.

Diplomat bildirib ki, Hindistanla məsləhətləşmələrimiz zamanı Rusiya neftinin gələcək alışını dayandırmaq öhdəliyini təmin etdik.

Rubio, həmçinin Birləşmiş Millətlər Təşkilatının qlobal səhnədəki rolunu itirdiyini deyib. O qeyd edib ki, BMT-nin "böyük potensialı" olsa da, bir çox suallara cavab verə bilməyib. Rubio vurğulayıb ki, Vaşinqton bu faktları görməzdən gələ bilməz.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Moskva Hindistanın Rusiyadan başqa ölkələrdən neft almaq imkanında heç bir yenilik görmüyüb. O əlavə edib ki, Hindistan həmişə digər ölkələrdən də yanacaq alıb.

Peskov qeyd edib ki, Kremlin Drujba boru kəməri ilə neft tranzitinin dayandırılması barədə heç bir məlumatı yoxdur. Ondan Macarıstan və Slovakiya nümayəndələrinin bu məsələ ilə bağlı Moskvaya müraciət edib-etmədiyi soruşulub.

Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et