Bu gün:

Ukrayna Cenevrə görüşü üçün danışıqlar aparanları təyin edib


Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov özünün Teleqram kanalında Cenevrədə Rusiya və ABŞ ilə üçtərəfli danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb. Umerovdan əlavə, heyətə Prezident Vladimir Zelenskinin ofisinin rəhbəri Kirilo Budanov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov daxildir.

O yazıb ki, nümayəndə heyətinə mən, o cümlədən Kirill Budanov, Andrey Qnatov (Radada Xalqın Xidmətçisi fraksiyasının rəhbəri), David Araxamiya (Zelenskinin ofisinin birinci müavini), Sergey Kıslıtsya və (Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini) Vadım Skibitski daxil olacaq.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl Ukraynadakı nizamlama ilə bağlı danışıqların növbəti mərhələsinin Rusiya, Ukrayna və ABŞ-nin iştirakı ilə üçtərəfli formatda keçiriləcəyini təsdiqləyib. Görüşdə Rusiya tərəfinə RDIF-nin baş direktoru Kirill Dmitriyevi əvəz edəcək prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov hesab edib ki, Kiyev Cenevrə danışıqlarından böhranın həllini təxirə salmaq üçün istifadə edə bilər. Onun qiymətləndirməsində Moskva davam edən münaqişəni qəbul edib.

Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et