Bu gün:

Ukrayna ilə bağlı danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək


Ukrayna ilə bağlı danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək.

24media.az xəbər verir ki, bu barədə APA-nın Moskva bürosu məlumat yayıb. Bildirilib ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

O, prezidentin köməkçisi Vladimir Medinskinin Rusiya nümayəndə heyətinə rəhbərlik edəcəyini söyləyib.

Kremlin sözçüsü danışıqların Rusiya- Ukrayna-ABŞ üçtərəfli formatında keçiriləcəyini qeyd edib.

Amina Paşazadə

Paylaş
Şərh əlavə et