Bu gün:

Jordan Stolz 1000 metr məsafədə Olimpiya qızılı qazanıb


MİLAN - ABŞ-li sürət konkisürəni Jordan Stolz Milan Kortina Qış Olimpiya Oyunlarında kişilər arasında 1000 metr məsafədə qızıl medal qazanıb.

21 yaşlı Stolz məsafəni 1 dəqiqə 6.28 saniyəyə qət edərək Olimpiya rekordunu yeniləyib. O, son dövrədə sürətini artıraraq niderlandlı Jenning de Boonu geridə qoyub. De Boo gümüş, Çinin Zhongyan Ning isə bürünc medal əldə edib.

Bu, Stolzun Olimpiya karyerasında ilk medalıdır. O, 2022-ci il Pekin Oyunlarında 1000 metr məsafədə 14-cü olmuşdu. ABŞ üçün isə bu, 2010-cu ildən bəri kişilər arasında 1000 metr məsafədə qazanılan ilk medal olub.

Stolz yarışdan sonra bildirib ki, bir qızıl medal qazanmaq onun üçün böyük əhəmiyyət daşıyır və o, Milan Oyunlarında daha üç məsafədə çıxış edəcək.

Mənbə: NPR

Tərcümə etdi: Nərmin Məmmədzadə


Paylaş
Şərh əlavə et