Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski təşkilatın Daimi Şurasının iclasında qeyd edib ki, Kiyevin Rusiyadakı mülki obyektlərə ən intensiv hücumları Ukraynada sülh danışıqları dövrlərinə təsadüf edib. Onun sözlərinə görə buraya Moskva ilə Vaşinqton arasında yüksək səviyyəli təmaslar da daxil olub.

Polyanski: "Xüsusilə maraqlı olan odur ki, Rusiya şəhərlərində mülki əhaliyə qarşı hücumların pik həddi - mart, may və iyul ayları - Rusiya ilə ABŞ arasında yüksək səviyyəli dialoqlar da daxil olmaqla, sülh danışıqları dövrləri ilə tam üst-üstə düşüb".
Polyanski əvvəllər ATƏT nümayəndə heyətlərinin Rusiya ilə təmaslara açıq qaldığını və bir çox daimi nümayəndənin qeyri-rəsmi qarşılıqlı əlaqələrdə təşəbbüs göstərdiyini bildirib. O, görüşlər zamanı həmkarlarının ondan rəsmi xahişlər gözləmədən özlərini təqdim etmək və dialoq aparmaq üçün ona yaxınlaşdıqlarını söyləyib.
Bundan əvvəl Daimi Nümayəndə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının mövcudluq böhranı yaşadığını bildirib. Onun sözlərinə görə, bu fonda dünya sürətlə hərbi fəlakətə yaxınlaşıb.
Mənbə: News.ru
Tərcümə etdi: Əli Balayev
