2026/2027-ci il mövsümü üçün UEFA Millətlər Liqasının püşkatmasında AFFA-nı təmsil edəcək şəxslər müəyyənləşib.

Tədbirdə təşkilatın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və milli komandanın direktoru İlqar Qurbanov iştirak edəcəklər.
Xatırladaq ki, püşkatma Belçikanın paytaxtı Brüsseldə Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Mənbə: Sport news
Tərcümə etdi: Zeynəb Şahmarova
