Klubun rəsmi bəyanatında bildirilir ki, "Nyukasl"a 2:1 hesablı məğlubiyyətdən sonra turnir cədvəlində 16-cı pilləyə düşən komandada dəyişiklik qaçılmaz olub.

Frankın rəhbərliyi dövründə London təmsilçisi çıxdığı 38 oyunda cəmi 13 qələbə qazanaraq Premyer Liqa tarixinin ən aşağı göstəricilərindən birini (26.9%) imzalayıb.
Qərara, həmçinin azarkeşlərin etirazı və məşqçinin yanvar ayında "Arsenal" loqolu fincandan istifadə etməsi ilə bağlı yaşanan narazılıqlar da təsir edib. Klub rəhbərliyi təcrübəli mütəxəssisə xidmətlərinə görə təşəkkür edib.
Hazırda "Tottenhem" son yeddi ildə altıncı daimi baş məşqçisini axtarır. Mövsümün sonuna qədər komandaya müvəqqəti rəhbərin təyin ediləcəyi gözlənilir.
Mənbə: Sky Sports
Tərcümə etdi: Fatimə Salmanlı
