İngiltərə Futbol Liqasına (EFL) daxil olan klublar Çempionlar Liqasının pley-off mərhələsinin genişləndirilməsi ilə bağlı martın 5-də səsvermə keçirəcəklər.

Bu barədə məlumat EFL-in rəsmi mənbələrində yer alıb. Bildirilib ki, təklifə əsasən pley-off mərhələsində iştirak edən komandaların sayı dörddən altıya çatdırıla bilər. Bu halda turnir cədvəlində üçüncü yerdən səkkizinci yerədək olan komandalar Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparacaqlar.
Yeni sistemə görə üçüncü və dördüncü pillədə qərarlaşan komandalar birbaşa yarımfinala yüksələcək. Beşinci ilə səkkizinci yerləri tutan kollektivlər isə bir oyundan ibarət mərhələdə üz-üzə gələcəklər.
Qərarın qəbul olunacağı təqdirdə yeni pley-off sistemi 2026–2027-ci il mövsümündən etibarən tətbiq olunacaq. Final oyununun isə əvvəlki kimi “Uembli” stadionunda keçirilməsi planlaşdırılır.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
