Bu gün:

Samsung Galaxy S26 təqdimatı 25 fevralda olacaq


Samsung Galaxy S26 seriyasının təqdimat tarixini təsdiqləyib. Yeni “Unpacked” tədbiri 25 fevral 2026-cı il tarixində San-Fransiskoda keçiriləcək və şirkət yeni Galaxy S seriyasının gündəlik istifadəni asanlaşdırmaq və AI funksiyalarını inteqrasiya etmək üçün hazırlandığını bildirib.

Samsung-un açıqlamasına görə, Galaxy S26 seriyası “gündəlik qarşılıqlı əlaqələri sadələşdirmək və süni intellekt funksiyalarını cihazı götürdüyünüz andan problemsiz şəkildə inteqrasiya etmək” məqsədilə hazırlanıb. Şirkət bu seriyanın mobil AI sahəsində “yeni bir mərhələ açacağını” vurğulayıb.

Əvvəlki şayiələrdə Galaxy S26+ modelinin Galaxy S26 Edge ilə əvəz olunacağı bildirilmişdi, lakin Samsung planlaşdırıldığı kimi ənənəvi üç əsas Galaxy S modeli ilə çıxış edəcək. Tədbirdə, həmçinin yeni Galaxy Buds 4 və Buds 4 Pro qulaqlıqları da təqdim olunacaq.

Mənbə: Sammobile

Tərcümə etdi: Nərmin Məmmədzadə


Paylaş
Şərh əlavə et