Bu gün:

Unutulmuş şifrə ilə İnstaqram hesabını necə bərpa etmək və bağlamaq olar?


Uzun müddətdir istifadə olunmayan və şifrələri unudulan "Instagram" hesablarının necə bağlandığı araşdırılır. Bu halda, hesabı bağlamaq bir az çətinlik yaradır və 3 variant var. Beləliklə, parolu unudulmuş köhnə "Instagram" hesabını necə bağlamaq olar? Şifrəsi unudulan köhnə "Instagram" hesabının təfərrüatları...

Şifrəsini unudan və hesabına daxil ola bilməyən insanların "Instagram" hesabını necə bağlamaq barədə məlumatlar maraq doğurur. Son zamanların ən populyar sosial media şəbəkələrindən biri olan "Instagram"-da istifadəçilərin ən çox rastlaşdığı problemlərdən biri hesabın parolunu unutmaqdır. Unudulmuş "Instagram" parolu ilə hesabı bağlamaq bir az çətinlik yaradır. Bunu üç seçimlə etmək olar. Ediləcək ilk şey proqramda və ya internetdə "girişdə kömək əldə et" seçiminə klikləməklə yeni parol yaratmaq və sonra hesabı bağlamaqdır. Başqa bir üsul "Instagram" hesabınızı itirdiyinizi bildirməkdir. Budur addım-addım təfərrüatlar.

"Instagram" şifrəmi unutmuşam... Nə edə bilərəm? 

Bu vəziyyətdə bir çox istifadəçi panikaya düşür və nə edəcəyini bilmir. Şifrəsi unudulmuş "Instagram" hesabına daxil olmaq çox sadədir. Yeni parol "Instagram"-a mobil proqram və ya kompüter vasitəsilə daxil olub “daxil olmaq üçün yardım alın” düyməsini sıxmaqla yaradılır. E-poçt ünvanına göndərilən parol yeniləmə linki ilə mövcud "Instagram" hesabının parolu yenilənir. "Instagram" parolunuzu unutduğunuz halda edə biləcəyiniz bəzi tədbirlər; 

Şifrəni mail ilə sıfırlayın

Bu proses üçün https://www.instagram.com/accounts/password/reset/ saytına daxil olmalısınız. İstifadəçi adınızı və ya e-poçt ünvanınızı yazaraq növbəti səhifədə davam edə bilərsiniz.

"Instagram" şifrəmi unutmuşam e-amil ilə şifrəmi sıfırlama

Bu prosesdən sonra e-poçt ünvanınızı yoxlamaq lazımdır. "Instagram" parolunuzu unutduğunuz və parol sıfırlama linki ilə bağlı bir məktub gələcək. Həmin linkə kliklədiyiniz zaman o, sizi yeni parol yaratma ekranına yönləndirəcək.

"Instagram" şifrənin yenilənməsi üsulları

İnstaqram parolumu unutdum deyirsinizsə, nə edə bilərəm, smartfonlardakı tətbiq daxilindən yeniləyə bilərsiniz, parolunuzu xatırlamırsınızsa parolu unutdum seçimi ilə rahatlıqla edə bilərsiniz.

Telefondan "Instagram" Parolun Yenilənməsi

- Telefonunuzda "Instagram" tətbiqini açın,

- Profil səhifənizi daxil edin,

- Yuxarı sağdakı üç xətt üzərinə klikləyin,

- Sıra ilə “Parametrlər>Təhlükəsizlik>Parol” üzərinə klikləyin,

- Cari parolunuzu və yeni parolunuzu daxil edin,

- Yuxarı sağdakı mavi işarəyə klikləyin.

"Instagram" Parolunu Kompüterdən Yeniləyin

- Instagram saytına daxil olun,

- Yuxarı sağda profil şəklinə klikləyərək profilinizi daxil edin,

- Parametrlər işarəsinə klikləyin,

- Parolun dəyişdirilməsi üzərinə klikləyin

- Cari parolunuzu və yeni parolunuzu daxil edin,

- Parolun dəyişdirilməsi düyməsini klikləyin.

"Instagram" 'Şifrəni unutdum' seçimi ilə parolu necə dəyişdirmək olar

-Telefonunuzdan "Instagram" tətbiqinə daxil olun,

-Giriş ekranında "Giriş üçün yardım alın" üzərinə klikləyin,

- Hesabınızla əlaqələndirdiyiniz telefon nömrənizi, e-poçtunuzu və ya istifadəçi adınızı daxil edin,

Telefon nömrəsi daxil edilərsə, birdəfəlik parol görünəcək. Bu paroldan istifadə edərək yeni parolunuzu yarada bilərsiniz. E-poçt ünvanınız və ya istifadəçi adınızla daxil olsanız, qeydiyyatdan keçmiş e-poçt ünvanınıza parol sıfırlama linki göndəriləcək. Bu linkə klikləsəniz, Instagram-ın parol dəyişdirmə səhifəsinə yönləndiriləcəksiniz.

Unudulmuş şifrə ilə köhnə "Instagram" hesabını necə bağlamaq olar? 

Bu, yeni hesab yaratmaqla və ya Instagram Yardım Mərkəzi vasitəsilə həyata keçirilir. Yeni açılmış hesabdan parolu unutduğunuz hesabdan şikayət edərək, köhnə hesabınız olduğunu bildirərək hesabın bağlanması təmin edilə bilər. Yaxud Instagram Yardım Mərkəzi vasitəsilə siz “təqlid hesabı bildirin” başlığı altında şikayət yarada və hesabı bağlaya bilərsiniz. Ancaq bu, dərhal həll yolu deyil. Lazımi qiymətləndirmələri etdikdən sonra "Instagram" hesabınızın bağlanıb-bağlanmamasına qərar verir. Daha çox şəxsin özü vasitəsilə edilən şikayətlər qəbul edilir. Sadəcə, bir az vaxt tələb olunur. Yeni açılmış hesabdan müəyyən müddət istifadə etdikdən sonra edilən şikayətlər parolu unudulan hesabın bağlanmasında daha tez nəticə verir.

Mənbə: CNN Türk

Tərcümə etdi: Xədicə Cabbarlı 


Paylaş
Şərh əlavə et