Bu gün:

Aqehova ağır diz zədəsi alıb


İspaniya yığmasının hücumçusu Aqehova diz zədəsi səbəbindən dünya çempionatını buraxa bilər. İspaniya millisinin hücumçusu Samu Aqehovanın dünya çempionatında iştirak şansları ciddi təhlükə altına düşüb. 21 yaşlı futbolçu Portuqaliyanın “Porto” klubunun heyətində çıxış edərkən ağır diz zədəsi alıb və bir neçə ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

İspaniya yığmasının seçmə mərhələsində iki oyunda forma geyinmiş Aqehova mövsümün qalan hissəsini buraxacaq. O, bazar ertəsi “Sportinq Lissabon”la 1:1 hesablı heç-heçə ilə başa çatan görüşdə ön çarpaz bağlarını (ACL) zədələyib.

Bildirilir ki, futbolçunun uzunmüddətli bərpa prosesi keçməsi tələb olunacaq və bu səbəbdən onun dünya çempionatına qədər tam hazır olub-olmayacağı sual altındadır.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et