Bu gün:

Yaxın Şərqdə ABŞ-İran gərginliyi dərinləşir


ABŞ–İran–İsrail xəttində gərginlik kritik həddə yüksəlib. Diplomatik kanalların intensiv işləndiyi hazırkı mərhələdə tərəflər bir-birini təsdiqləməyən açıqlamalar verməyə davam edir.

İranda rejim əleyhinə etirazların güc tətbiqi ilə yatırılmasından sonra ABŞ-nin bu ölkəyə mümkün müdaxiləsi ehtimalı, dialoq cəhdlərinə baxmayaraq, gündəmdə qalır. Danışıqların gələcəyi ilə bağlı həlledici kontakların artdığı bir vaxtda proses diplomatik baxımdan həssas mərhələyə daxil olub.

Bu çərçivədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ötən həftə İran və ABŞ arasında dolayı görüşlərə ev sahibliyi edən Umman səfərinə yollanıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Ummanda keçirilən dialoqla bağlı açıqlamasında bildirib:

“Diplomatik prosesin davam etdirilməsi ilə bağlı qarşılıqlı anlayış və fikir birliyi olduğunu hiss etdik. Bu, mühüm amildir. Lakin bizim üçün əsas müəyyənedici faktor sahədə real addımlardır”.

Mənbə: CNN

Tərcümə etdi: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et