Bu gün:

Buz üzərində Hollivud ab-havası


Milan Kortina 2026 Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışları kino motivləri ilə yadda qalıb.

İdmançılar proqramlarında məşhur filmlərin musiqi və obrazlarına yer verərək buz üzərində əsl səhnə effekti yaradıblar.

Nəşr yarışlarda ən diqqətçəkən yeddi film istinadını qeyd edir. Çıxışlarda Dune, The Lion King, Interstellar, James Bond, The Matrix, Gladiator və Conclave filmlərinin musiqilərindən istifadə olunub.

İdmançılar epik və emosional kompozisiyalarla həm texniki bacarıqlarını, həm də bədii ifadə güclərini nümayiş etdiriblər. Beləliklə, fiqurlu konkisürmə bu Olimpiadada idmanla kinonun uğurlu vəhdətinə çevrilib.

Mənbə:Timesofindia.indiatimes.com

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et