Dubay Beynəlxalq Hava Limanı 2025-ci ildə 95,2 milyon sərnişinə xidmət göstərərək tarixinin ən yüksək illik göstəricisinə imza atıb. Bu, ötən illə müqayisədə 3,1 faiz artım deməkdir.

24media.az bildirir ki, AZƏRTAC WAM informasiya agentliyinə istinadla xəbər yayıb. Qeyd olunub ki, 2025-ci ildə 454 min 800 uçuş həyata keçirilib, 86,75 milyon baqaj emal olunub.
Hazırda Dubay Beynəlxalq Hava Limanı 110 ölkədə 291 istiqamətə uçuşlar həyata keçirir.
Amina Paşazadə
