Bu gün:

Threads fırıldaqçıların yeni hədəfidir!


Fırıldaqçılar heç vaxt mövcud olmayan Threads veb versiyasını təqlid edən fişinq səhifələri hazırladılar. Bu yolla istifadəçilər aldadılaraq sistemə giriş məlumatlarını daxil edərək, şəxsi məlumatlarını fırıldaqçılara itirirlər.

Threads digər Meta xidmətləri ilə əlaqəli olduğundan, istifadəçilər Instagram və Facebook kimi müxtəlif sosial media hesablarına girişi itirmək riski də ola bilər. Bu, təkcə şəxsiyyət oğurluğu və doksinq kimi şəxsi məlumatların ələ keçirilməsi ilə məhdudlaşmır, həm də maliyyə riskləri gətirə bilər.

Müəssisələr bu hesablardan reklam kampaniyaları yaratmaq üçün istifadə etdikcə, şəxsi bankçılıq və hətta korporativ maliyyə məlumatlarının yanlış əllərə keçmə şansı var. 

Digər bir fırıldaqçılıq, xüsusilə Metaverse daxilində fiziki və rəqəmsal dünyalar arasındakı boşluğu aradan qaldırmaqla inkişaf etmiş imkanlar təklif etdiyini iddia edən Threads Coin adlı uydurma xidməti əhatə edir.

İstifadəçilər bu işarəni Ethereum-dan istifadə edərək ala bilərlər. Bununla belə, tətbiqin istifadəçilərinin qarşılaşacağı yeganə nəticə maliyyə itkiləridir.

Digər bir məsələ, istifadəçilərə yeni sosial media proqramında pulsuz olaraq yeni izləyicilər qazanmaq imkanı verməkdir. Bu vasitə ilə 10.000, 25.000 və ya 50.000 izləyici seçmək olar. İstədiyiniz seçim seçildikdən sonra istifadəçidən yoxlama prosesindən keçmək təklif olunur.

Mənbə: CNN Türk

Tərcümə etdi: Xədicə Cabbarlı 


Paylaş
Şərh əlavə et