Bu gün:

Xartiya: Azərbaycan və ABŞ Orta Dəhlizin inkişafı üçün əməkdaşlıq etmək niyyətindədir


24media.az Report-a istinadən xəbər verir ki, Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında Orta Dəhlizin inkişafı üçün əməkdaşlıq niyyəti vurğulanıb.

Sənədə görə, tərəflər Orta Dəhlizin logistika, nəqliyyat və ticarət axınlarının genişləndirilməsi, infrastrukturun modernləşdirilməsi və regional əlaqələrin gücləndirilməsi üzrə birgə fəaliyyət göstərmək niyyətindədirlər. Bu əməkdaşlığın həyata keçirilməsi iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsinə və regional tranzit imkanlarının artırılmasına xidmət edəcək.

Xartiyada həmçinin enerji təhlükəsizliyi, rəqəmsal inkişaf və qarşılıqlı investisiyaların təşviqi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə müddəalar yer alıb. Tərəflər sənədin icrasının Orta Dəhliz layihələrinin reallaşmasına töhfə verəcəyinə əminlik ifadə ediblər.


Səidə Abasova

Paylaş
Şərh əlavə et