Bu gün:

FIFPro: "Asiyada qadın futbolunda standartlar yüksəldilməlidir"


Qadın futbolçular üçün Asiyada peşəkar standartlar hələ də qlobal meyarlardan geri qalır. Lakin FIFPro-nun çərşənbə axşamı yaydığı hesabata görə, qarşıdan gələn Qadınlar Asiya Kuboku regionda oyunçu şərtlərinin yaxşılaşdırılması üçün “nəsillik bir fürsət” yaradır.

Qlobal futbolçular ittifaqı bildirib ki, idman analitikası şirkəti Gemba tərəfindən aparılan modelləşdirməyə əsasən, 1–21 mart tarixlərində Avstraliyada keçiriləcək turnir 82,4 milyon ABŞ dolları gəlir gətirə bilər. Bu göstərici yarışın regional turnirlər arasında indiyədək ən uğurlu kommersiya nəşri olacağını deməyə əsas verir.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et