Bu gün:

Messi dünya nəhənginin prezidenti olacaq


Lionel Messinin "İnter Mayami"dən sonra "Barselona"ya qayıtmağı, klubun idarəçiliyində rol almağı və gələcəkdə ya prezidentliyə namizədliyini irəli sürməyi, ya da prezident seçkilərində namizədi dəstəkləməyi planlaşdırdığı iddia edilib.


MLS-in "İnter Mayami" komandasında çıxış edən argentinalı ulduz Lionel Messi və onun "Barselona" ilə əlaqəsi olduğu iddiası ilə bağlı diqqətçəkən iddia ortaya çıxıb.

"Fichajes"də yayımlanan xəbərə görə, Lionel Messinin beş il sonra keçiriləcək Barselona prezident seçkilərində iştirak etmək və ya namizədi dəstəkləmək barədə düşündüyü bildirilir. Hesabatda Messinin klubun gələcəyində söz sahibi olmaq fikrinə açıq olduğu iddia edilir. Xəbərdə o da bildirib ki, 38 yaşlı argentinalı superulduz "İnter Mayami" ilə müqaviləsi başa çatdıqdan sonra "Barselona"ya qayıdıb klub rəhbərliyində aktiv rol almağı planlaşdırır. Messinin futboldan ayrıldıqdan sonra da “Barselona” ilə əlaqələrini kəsmək istəmədiyi də qeyd edilib.


Mənbə: Haberler

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et