Bu gün:

Anderson Taliskanın transferi dayandırılıb


Braziliyanın "Flamengo" komandası transferdən imtina edib.

Braziliya Liqasının nəhənglərindən biri olan "Flamengo" "Fənərbaxça"nın ulduz oyunçusu Anderson Taliskanı yaxından izləyirdi, lakin oyunçu mövsümün sonunda başa çatacaq müqaviləsini 2028-ci ilə qədər uzadıb. Bu inkişafdan sonra Braziliya komandası transferdən imtina edib.

"Fənərbaxça"-nın ötən mövsüm orta transfer pəncərəsində heyətinə qatdığı Anderson Talisca, xüsusilə də bu mövsümki performansı ilə komandanın əvəzolunmaz oyunçularından birinə çevrilib.

Mənbə: Fanatik

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et