ABŞ Konqresi ticarət naziri Hovard Latnikdən istefa verməsini tələb edir. Bu çağırış, onun Ceffri Epşteynlə əlaqələrinə dair açıqlanan sənədlərlə bağlı yaranan narahatlıqlar fonunda səslənir.
24media.az APA-ya istinadən xəbər verir ki, həm respublikaçı, həm də demokrat konqresmenlər Latnikin bu məsələ ilə bağlı istefa verməsinin prezidentin işini asanlaşdıracağını bildiriblər. Respublikaçı konqresmen Tomas Massi xüsusilə vurğulayıb ki, nazirin istefası mövcud sualları həll etməyin ən sadə yoludur.
Məlumata görə, Hovard Latnikin Epşteynlə əlaqələri 2012-ci ilə aid yazışmalarda əks olunub. Yazışmalarda Latnikin maliyyəçinin şəxsi adasını həyat yoldaşı və uşaqları ilə ziyarət etməyi planlaşdırdığı və Epşteynin də bununla bağlı “onu görməkdən məmnun olduğunu” bildirməsi qeyd olunub. Bu isə ziyarətin baş tutduğunu göstərir.
Arzu Qafarova
