Bu gün:

Tramp ABŞ-Kanada körpüsünün açılışını bloklaya bilər


ABŞ Prezidenti Donald Tramp ABŞ və Kanadanı birləşdirəcək yeni körpünün açılışını bloklamaqla hədələyib. Bu addım, iki ölkə arasında artan gərginlik fonunda atılıb və ABŞ-in öz maraqlarını qorumaq niyyətini nümayiş etdirir.24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Tramp sosial media hesabında yazıb ki, ABŞ-ə ədalət və hörmət göstərilməyənədək körpünün açılışına icazə verməyəcək. Dövlət başçısı konkret körpünü göstərməsə də, söhbətin ehtimal ki, Kanadanın Ontario əyalətindəki Vindzor şəhərini ABŞ-ın Miçiqan ştatındakı Detroyt şəhəri ilə birləşdirən altızolaqlı körpüdən getdiyi bildirilir.

Qeyd olunur ki, tikintisi 2018-ci ildə başlanan körpünün bu ilin əvvəllərində istifadəyə verilməsi planlaşdırılır. “ABC News”un məlumatına görə, layihənin dəyəri təxminən 4,7 milyard dollar olub və Kanada hökuməti tərəfindən maliyyələşdirilib.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et