Portuqaliya millisinin üzvü Kriştianu Ronaldo “Əl-Nəsr” klubunun heyətində məşqləri bərpa edib. Ulduz futbolçunun Səudiyyə Ərəbistanı çempionatının növbəti turunda “Əl-Fəth”ə qarşı keçiriləcək oyunda meydana çıxacağı gözlənilir.

Portuqaliyanın “A Bola” nəşrinin məlumatına görə, Ronaldonun və klubun bir sıra əməkdaşlarının maaşla bağlı yaranmış borcları tam şəkildə ödənilib. Məhz bu səbəbdən 39 yaşlı hücumçu çempionatın əvvəlki iki turunda komandasına kömək edə bilməmişdi.
Qeyd edək ki, “A Bola” daha əvvəl Ronaldonun Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun “Əl-Nəsr” klubunun idarəçilik modeli ilə bağlı narazılıq yaşadığını yazmışdı. Futbolçu transfer dönəmində heyətin yetərincə gücləndirilmədiyini düşünür.
Talehə Hüseynzadə
