24media.az xəbər verir ki, Azərbaycan “Visa” şirkəti ilə maliyyə texnologiyaları sahəsində əməkdaşlığını gücləndirir və nağdsız ödəniş infrastrukturu ilə bağlı bir sıra tədbirlər həyata keçirir.

Məlumata görə, Azərbaycan Mərkəzi Bankı və “Visa” arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Görüşlər zamanı ölkədə nağdsız hesablaşma sistemlərinin, rəqəmsal ödənişlərin genişləndirilməsi və maliyyə texnologiyaları ekosisteminin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Bundan başqa, müasir maliyyə həllərinin tətbiqi, elektron ödənişlərin təşviqi və kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində birgə layihələrin həyata keçirilməsi də əməkdaşlığın əsas məqsədləri sırasındadır.
Bu tərəfdaşlıq ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına, nağdsız ödənişlərin artmasına və maliyyə inklüzivliyinin güclənməsinə töhfə verməyi hədəfləyir.
Səidə Abasova
