Bu gün:

Putin Kremldə keçirilən görüşdə Sobyanini sakitləşdirməli olub


Kremldə Moskva meri Sergey Sobyaninlə görüş zamanı Rusiya Prezidenti Vladimir Putin onu sakitləşdirməyə məcbur olub. Putin meri əmin edib ki, paytaxt normal və sabit investisiya fəaliyyəti nümayiş etdirir. Kremlin mətbuat xidmətinin məlumatına görə, bu, dövlət başçısının Sobyaninin artımın bir qədər yavaşlaması ilə bağlı narahatlığına cavabı olub.

Söhbət əsnasında Putin merdən hesabatda təqdim olunan investisiya artımı rəqəmləri barədə soruşub. Mer rəqəmləri təsdiqləyib, lakin artım tempinin artıq əvvəlki qədər yüksək olmamasından təəssüfləndiyini bildirib.

2022-ci ildə bu rəqəm 4,4% idi, indi isə 4% -dir. Bu, normaldır. Prezident qeyd edib ki, 2024-cü ildə bu rəqəm 4,5% olacaq.

Buna baxmayaraq Sobyanin bildirib ki, son altı ildə Moskva iqtisadiyyatına investisiyalar 60%-dən çox artıb. Mer vurğulayıb ki, pandemiya ilə əlaqəli çətin dövrə baxmayaraq ümumi tendensiya müsbət olaraq qalıb. O bildirib ki, şəhər rəhbərliyi texnoloji müstəqilliyi təmin etmək strategiyasının bir hissəsi olaraq yüksək texnologiyalı sənaye sahələrinin və istehsalın inkişafını dəstəkləməyə sadiq olub.

Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et