Bu gün:

"Barselona" Avropa Super Liqası layihəsindən rəsmi şəkildə imtina edib


İspaniyanın “Barselona” klubu Avropa Super Liqası layihəsindən rəsmi şəkildə geri çəkildiyini açıqlayıb. Bununla da “Real Madrid” turnirdə qalan yeganə klub olub.

Bu barədə məlumat klubun rəsmi internet saytında yayımlanan bəyanatda yer alıb. Bildirilib ki, “Barselona” Avropa Super Liqası Şirkətini və layihədə iştirak edən klubları qərarı barədə rəsmi şəkildə məlumatlandırıb.

Xatırladaq ki, 2021-ci ildə 12 klubun iştirakı ilə yaradılması planlaşdırılan Avropa Super Liqası azarkeşlərin etirazı səbəbindən dağılmışdı. İngiltərə klubları və daha sonra “Yuventus” layihədən imtina edib.

Hazırda isə “Real Madrid” turnir ideyasını davam etdirən yeganə klub olaraq qalır.

Mənbə: BBC Sport

Tərcümə etdi: Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et