Bu gün:

Davin Cəfərov Formula Winter Series-də debüt edib


Azərbaycanlı yeniyetmə pilot Davin Cəfərov “Formula Winter Series” yarışına dəvət alınıb və Portuqaliyanın Portimao trekində Formula 4 avtomobili ilə ilk rəsmi test sessiyasını keçirib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, pilot yağışlı və çətin şəraitdə debüt etməsinə baxmayaraq testləri qəzasız başa vurub və avtomobil maksimal 224 km/saat sürət əldə edib.

Davinin avtomobilə nəzarəti və soyuqqanlı çıxışı komanda rəhbərliyi və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.


Amina Paşazadə

Paylaş
Şərh əlavə et