"Samsunspor" prezidenti məqsədlərinin Super Liqanın ilk 5-liyində yer almaq olduğunu bildirib.

"Samsunspor" prezidenti Yüksel Yıldırım mətbuat nümayəndələri ilə görüşüb. Görüşün sonunda prezident Yıldırım jurnalistlərin suallarını cavablandırıb.
Ölkənin reytinq xallarına töhfə verən bir komanda olduqlarını vurğulayan Yıldırım deyib:
"Biz bu komandanı aşağı enişdə ələ keçirdik və mənfi tendensiyanı dayandırdıq. Sonra TFF 1-ci Liqasına, daha sonra isə Super Liqaya yüksəldik. İndi məqsəd Super Liqada daimi bir komanda olmaqdır. Bunun üçün müəyyən şərtlər var və biz bir klub olaraq onları yerinə yetirməliyik. Hər şey davamlı və daimi olmalıdır. Bundan sonra əsas məqsəd Samsunsporun Türkiyəni Avropada təmsil edən bir klub olmasıdır. Samsunspor hədəfləri olan bir klub olacaq. Super Liqanın ilk 5-liyində, ya da ilk 4-lükdə yer alaraq və ya Türkiyə Kubokunu qazanaraq Avropaya vəsiqə qazanan bir komanda olmalıyıq".
Mənbə: TRT Spor
Tərcümə etdi: Zeynəb Şahmarova
