Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ-in Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı əvvəlki görüşlərin müsbət nəticələri xatırlanıb və iki tərəf əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

24media.az APA-ya istinadən xəbər verir ki, Betsi Berns Korn Azərbaycan ilə ABŞ və İsrail arasında əlaqələrin gücləndirilməsində maraqlı olduqlarını ifadə edib və ötən ilin avqustunda Vaşinqtonda əldə edilmiş sülh gündəliyi üzrə nailiyyətləri xüsusi qeyd edib. Prezident İlham Əliyev isə ABŞ Prezidenti Donald Trampın bu prosesdə rolunu vurğulayıb və bölgədə sülh və sabitliyin regional inkişaf üçün vacibliyini qeyd edib.
Görüşdə həmçinin Azərbaycanda tolerant mühit, digər xalqların, o cümlədən yəhudilərin dövlət qayğısı ilə əhatə olunması və Azərbaycan-ABŞ, Azərbaycan-İsrail əlaqələrinin inkişafında Konfransın rolu barədə fikir mübadiləsi aparılıb. Tərəflər ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Arzu Qafarova
