"Fənərbaxça" braziliyalı futbolçu Anderson Taliska ilə yeni 2 illik müqavilə imzaladıqlarını açıqlayıb.

Super Liqa nəhəngi “Fənərbaxça” braziliyalı futbolçusu Anderson Taliska ilə müqaviləni yeniləyib. Fənərbaxça Şükrü Saracoğlu İdman Kompleksində keçirilən imza mərasimində futbolçunu klubun İdarə Heyətinin üzvü Ertan Torunoğulları, Futbol A.Ş. İdarə Heyətinin üzvləri Ömer Topbaş və Turqay Terzi, eləcə də idman direktoru Devin Özek müşayiət ediblər.
Braziliyalı futbolçu imza mərasimində klub televiziyasına açıqlamalar verib. Daha iki il “Fənərbaxça” formasını geyinəcəyindən xoşbəxt olduğunu bildirən Anderson Taliska deyib: “Prezidentimizə, idarə heyətimizə və klubda mənimlə birlikdə çalışan hər kəsə təşəkkür edirəm. Buraya gəlişimdə Acun Ilıcalının rolu çox böyük idi, ona xüsusi təşəkkürümü bildirirəm. Texniki heyətə və komandama da minnətdaram. Bu meydanda qol vurmaqdan böyük zövq alıram. Mənə göstərilən sevgi üçün komandama böyük hörmət bəsləyirəm və onların etimadını doğruldacağam”.
Mənbə: Haberler
Tərcümə etdi: Banuçiçək Qurbanova
