24media.az Report-a istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Prezident Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə sülh danışıqları çərçivəsində ən həssas məsələləri şəxsən müzakirə etmək üçün görüşməyə hazır olduğunu bildirib.

Nazir əlavə edib ki, sülh planı üzrə danışıqlar çox mürəkkəbdir və Ukrayna hazırda ABŞ və digər tərəfdaşlarla birgə növbəti mərhələyə hazırlıq aparır.
