Bu gün:

ABŞ-də məktəblilər arasında "fleq-futbol" populyarlıq qazanır: Qızlar rekord qırır, oğlanlar seçim qarşısındadır


ABŞ-nin orta məktəblərində təmassız Amerika futbolu növü olan "fleq-futbol"a maraq sürətlə artır. Xüsusilə qızlar arasında bu idman növü son illərdə böyük populyarlıq qazanıb.

CNN-in məlumatına görə, son iki tədris ili ərzində 25 min daha çox qız şagirdi bu idman növü üzrə qeydiyyatdan keçib və proqramın tətbiq olunduğu məktəblərin sayı minə yaxın artıb. Lakin maraqlıdır ki, qızlar arasında kütləvi artım müşahidə olunduğu halda, oğlanlar arasında bu göstərici hələ ki, aşağıdır; keçən il ölkə üzrə 68 847 qızın qarşılığında cəmi 825 oğlan fleq-futbol komandalarında yer alıb.

San-Fransiskonun "Lick-Wilmerding" məktəbində olduğu kimi, bir çox valideynlər beyin sarsıntısı və ağır zədə risklərindən qorunmaq üçün oğlanların ənənəvi futbol əvəzinə bu təhlükəsiz alternativə keçməsini dəstəkləyirlər. Komandanın oyunçusu Ostin Şipo bildirib ki, fleq-futbol ağır travma almadan sevimli idman növünə yaxın qalmağın ən yaxşı yoludur.

Hazırda bu trend ABŞ məktəb idmanında həm təhlükəsizlik, həm də gender balansı baxımından yeni bir mərhələ kimi qiymətləndirilir.

Mənbə: CNN.com

Tərcümə etdi: Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et