Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə üzrə komanda yarışları davam edir.

24media.az-ın məlumatına görə, Gürcüstan yığmasının üzvü Nika Eqadze qısa proqramda çıxış edib. O, 84,37 xal toplayaraq komandasının hesabına 5 xal yazdırıb.
Əldə olunan nəticə Gürcüstanın fiqurlu konkisürmə yığmasına Qış Olimpiya Oyunları tarixində ilk dəfə final mərhələsinə vəsiqə qazandırıb.
Bu gün Milan və Kortinada keçirilən Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə üzrə komanda yarışlarında medal uğrunda mübarizə davam edəcək. Sərbəst proqramda Anastasia Metelkina–Luka Berulava cütlüyü, eləcə də Nika Eqadze və Anastasia Qubanova çıxış edəcəklər.
Qeyd edək ki, Fiqurlu konkisürmə üzrə komanda yarışları yalnız 4-cü dəfədir Qış Olimpiadada keçirilir - bu format ilk dəfə 2014-cü ildə Soçidə tətbiq olunub.
Amina Paşazadə
