Bu gün:

"Beşiktaş" dünya üzrə ilk 4-lükdədir


"Beşiktaş" dünyada ən çox pul xərcləyən komandalar arasında yer alıb.

Klub mövsümün ortasındakı transfer pəncərəsində heyətinə yeddi yeni oyunçu qatıb. "Ağ-qaralar" qapıçı Devis Vaskes, müdafiəçilər Amir Murillo, Emmanuel Aqbadou və Yasin Özcan, yarımmüdafiəçilər Junior Olaitan və Kristjan Asllani, eləcə də hücumçu Hyeon-gyu Oh ilə müqavilə imzalayıblar.

Heyətini 7 oyunçu ilə gücləndirən "Beşiktaş" ümumilikdə 57 milyon avro transfer haqqı ödəyərək mövsümün ortasındakı transfer pəncərəsində dünyada ən çox pul xərcləyən komandalar arasında yer alıb.

Mənbə: NTV Spor 

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et