Bu gün:

Tramp: "İran razılaşma istəyir"


ABŞ Prezidenti Donald Tramp Omanda keçirilən İranla danışıqlardan sonra açıqlamalar verib.

Prezident təyyarəsində jurnalistlərin suallarını cavablandıran Tramp görüşün çox yaxşı keçdiyini bildirib və gələn həftə İran tərəfi ilə yenidən görüşəcəyini açıqlayıb.

Danışıqların müsbət nəticə verdiyini vurğulayan Tramp İranın razılaşma əldə etmək istədiyini qeyd edib.

O deyib: “Nəticələr insanları təəccübləndirə bilər. Əgər İran ilk görüşdə bu gün təklif etdiklərini təklif etsəydi, dərhal qəbul edilərdi”.

Tramp, həmçinin, İranın nüvə silahı əldə edə bilməyəcəyini vurğulayıb.

https://share.google/CfsU4LzsSE5bUFUVq

Mənbə: TRT Haber 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et