Pakistanın paytaxtı İslamabadda cümə namazı zamanı məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 36-ya çatıb.
“Dawn” qəzetinin məlumatına görə, Pakistan Tibb Elmləri İnstitutu (PIMS) hadisə ilə bağlı açıqlama paylaşıb.
Rəsmilər ölənlərin sayının 36-ya çatdığını, yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildiriblər.
Mənbələrin verdiyi məlumata əsasən, ilkin araşdırmalar hücumda şübhəli bilinən şəxsin İŞİD terror təşkilatı ilə əlaqəli olduğunu və dəfələrlə Əfqanıstana səfər etdiyini göstərir.
Associated Press (AP) xəbər verir ki, İŞİD-lə əlaqəli bir qrup hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Xatırladaq ki, dünən İslamabadda cümə namazı zamanı məsciddə partlayış baş vermiş, ilkin məlumatlara görə 31 nəfər həlak olmuş, 169 nəfər yaralanmışdı.
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar partlayışın intihar hücumu nəticəsində törədildiyini bildirib.
https://share.google/Dm7idtTQX3Yw0O4Nd
Mənbə: TRT Haber
Tərcümə etdi: Piranə Xasiyeva
