Bu gün:

Zelenski: "Rusiya müharibəni yaxın gələcəkdə bitirməyə hazır olduğunu göstərmir"


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə qarşı intensiv hava hücumlarını davam etdirdiyini və Moskvanın yaxın gələcəkdə müharibəni bitirməyə hazır olmadığını bildirib.

Zelenski sosial media paylaşımında Rusiyanın səhər saatlarında təxminən 40 raket və 400-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirdiyini qeyd edib.

Hücumlar zamanı enerji infrastrukturunun hədəf alındığını vurğulayan Zelenski deyib: “Təəssüf ki, enerji obyektlərinə ciddi ziyan dəyib və bu, demək olar ki, bütün ölkənin enerji vəziyyətinə təsir edib. Ciddi elektrik kəsintiləri baş verib”.

Ukrayna lideri Rusiyanın müharibəni bitirmək niyyətində olmadığını bildirərək qeyd edib ki, Moskva həm cəbhə xəttində, həm də genişmiqyaslı hücumlar vasitəsilə Ukraynaya qarşı dağıdıcı siyasət yürüdür.

Zelenski Rusiyanın mühüm enerji obyektlərini hədəf almasının Avropa təhlükəsizliyi üçün də risk yaratdığını bildirib.

O, ABŞ, Avropa İttifaqı və müttəfiq ölkələri Rusiyaya qarşı təzyiqi artırmağa çağırıb.

https://share.google/Q6B2kQnWDsboL5u5c

Mənbə: TRT Haber 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et