“Tottenhem” klubunun kapitanı Kristian Romero Premyer Liqada “Mançester Yunayted”ə qarşı keçirilən oyunda qırmızı vərəqə aldığı üçün tənqid olunub. Hadisə futbolçunun sosial şəbəkələrdə klubun heyəti ilə bağlı qalmaqallı paylaşımından sonra baş verib.

Bu barədə “Sky Sports” məlumat yayıb. Bildirilib ki, Romero paylaşımında klubun transfer siyasətini tənqid edib və heyətin vəziyyətini “biabırçı” adlandırıb. “Tottenhem”in baş məşqçisi Tomas Frank məsələni klub daxilində həll etdiklərini bildirib və futbolçunu start heyətində meydana buraxıb.
Lakin qarşılaşmanın 29-cu dəqiqəsində Romero Kazemiroya qarşı kobud hərəkətinə görə birbaşa qırmızı vərəqə alıb və komandası oyunun böyük hissəsini azlıqda oynayıb.
Mənbə: SkySports.com
Tərcümə etdi: Fatimə Salmanlı
