Bu gün:

ABŞ Rusiya və Ukrayna arasında müharibənin tezliklər bitməsini istəyir – Zelenski


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya ilə müharibənin iyun ayına qədər başa çatmasını istədiyini bildirib. O, hər iki tərəfin gələn həftə ABŞ-da danışıqlar üçün dəvət olunduğunu da əlavə edib.

1770469003_img_4767.jpg

"ABŞ ilk dəfə olaraq təklif etdi ki, iki danışıq komandası – Ukrayna və Rusiya – bir həftə ərzində Mayamidə, Amerika Birləşmiş Ştatlarında görüşsün. Biz iştirakımızı təsdiqlədik", – deyə Zelenski açıqlayıb.


Vaşinqton və ya Moskvadan dərhal bir şərh gəlməyib, lakin ABŞ Prezidenti Donald Trump bir ildən çox əvvəl yenidən vəzifəyə başlayandan bəri münaqişənin sonlanmasına təkid edir.


Digər tərəfdən, Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlarına davam edir. Bu,  aşağı temperatur şəraitində daha geniş elektrik kəsintilərinə səbəb olur.


Kiyev sakinləri Rusiya hava hücumlarından qaçmaq üçün metro stansiyalarında yatırlar.


Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et