Bu gün:

İsveçrənin Xarici İşlər Naziri diplomatik səhvə yol verib


ATƏT-in fəaliyyətdə olan sədri və İsveçrənin xarici işlər naziri İqnazio Kassis Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş zamanı danışıqlar masasında tərəfləri çaşdırıb. İclas otağına daxil olan İsveçrəli diplomat Rusiya nümayəndə heyəti üçün ayrılan yerlərə tərəf yönəlib.

Lavrov vəziyyətə münasibət bildirib: "Bayraqlar olmadan hərəkət etmək qərarına gəldikdə çaşqınlıq yaranıb".

İsveçrə xarici işlər naziri səfəri çərçivəsində Moskvaya gəlib. Düzgün yer təyin edildikdən sonra görüş həmişəki kimi davam edib.

Daha əvvəl ATƏT rəhbərliyi ilə danışıqlar zamanı Lavrov xarici jurnalistləri Kiyevdən Buça qurbanlarının siyahısını istəməyə çağırıb. O, Qərb mediasını qalmaqalı şişirtməkdə günahlandırıb və Ukrayna prezidenti Voladimir Zelenski və NATO-nun baş katibi Mark Ruttenin açıqlamalarına etibar etməməyi məsləhət görüb.

Lavrov həmçinin Rusiyanın Yeni START Müqaviləsinin müddəti bitdikdən sonra hər hansı bir inkişafa hazır olduğunu bildirib. O, strateji silahların tənzimlənməsi sahəsində boşluq yarandığını və Moskvanın buna uyğun olaraq hərəkət edəcəyini bildirib.

Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et