İtaliyanın Milan və Kortina d Ampezzo şəhərlərində keçirilən 2026 Qış Olimpiya Oyunları fevralın 6-da rəsmi olaraq açılıb.
Açılış mərasimi iki şəhərdə eyni vaxtda təşkil olunaraq Olimpiya tarixində ilk dəfə bu formatda baş tutub.
Mərasimdə dünyanın müxtəlif ölkələrindən minlərlə idmançı iştirak edib. Arenada musiqi və mədəniyyət proqramları nümayiş olunub, Olimpiya məşəli yandırılıb. Tədbirdə Olimpiya ruhu, həmrəylik və idmanın birləşdirici gücü ön plana çıxarılıb.
Təşkilatçılar oyunlar zamanı təhlükəsizlik və infrastruktur məsələlərinə xüsusi diqqət yetirildiyini bildiriblər. Qış Olimpiya Oyunları fevralın sonunadək davam edəcək və yarışlar bir neçə İtaliya şəhərində keçiriləcək.
Mənbə: Reuters.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
