Mövsümün ortası transfer dönəmində hücumunu gücləndirmək istəyən "Qalatasaray" "Porto"da çıxış edən Deniz Gül üçün danışıqlarda ciddi irəliləyiş əldə edib. Portuqaliya klubu ilə müzakirələrdən sonra "Qalatasaray" transfer haqqı üçün tələb olunan qiyməti aşağı salıb.

Mauro İkardi ilə müqaviləni uzatmayan "Qalatasaray" ehtiyat hücumçu axtarışlarını davam etdirib və Dəniz Gülü potensial hədəfləri siyahısına əlavə edib. İlkin təmasda “Porto”nun 21 yaşlı millinin futbolçusu üçün 10 milyon avro tələb etdiyi məlum olub. Ancaq transfer pəncərəsi sona yaxınlaşdığı üçün Portuqaliya klubu tələb olunan qiyməti 7,5 milyon avroya endirib.
Millinin oyunçu fonduna daxil olan gənc hücumçu ilə bağlı “Qalatasaray” hələlik yekun qərar verməyib. Sarı-qırmızılı rəhbərliyin texniki heyətlə qiymətləndirməsindən sonra transferlə bağlı qəti addım atacağı bildirilir. Əgər “Qalatasaray” mövsüm ortası transfer pəncərəsində Deniz Gülün transferini yekunlaşdıra bilməsə, mövsümün sonunda yenidən “Portu”ya yaxınlaşmağı planlaşdırır. Rəhbərlik oyunçunun inkişafını və bazar şərtlərini yaxından izləməyə davam edir.
Mənbə: Haberler
Tərcümə etdi: Banuçiçək Qurbanova