Rusiya Hərbi Elmlər Akademiyasının baş elmi işçisi və hərbi ekspert Vladimir Proxvatilov NEWS.ru-ya bildirib ki, Ukraynanın enerji obyektlərinə endirilən zərbələr Rusiyanın Əbu-Dabidəki danışıqlar mövqeyini gücləndirib. O hesab edib ki, Kiyev nümayəndə heyəti əhalinin elektrik enerjisinin davamlı kəsilməsindən yorğunluğunu nəzərə almalı olub.

“Biz enerji infrastrukturunu məhv edirik və Ukrayna cəmiyyətində 'Döyüşlər bitib, isti, elektrik və su ilə yaşamaq istəyirik' deyən bir əhval-ruhiyyə yaradırıq. Danışıqlardakı Ukrayna nümayəndə heyəti əhalinin hərbi əməliyyatlardan bezdiyini nəzərə almalıdır”, - deyə Proxvatilov izah edib.
Ekspert xatırladıb ki, yanvar ayının sonunda Ukraynanın bir çox şəhərlərində - Kiyev, Odessa, Xmelnitski, Dnepr və Krivoy Roqda geniş yayılan elektrik və istilik kəsintiləri səbəbindən etiraz aksiyaları keçirilib.
Daha əvvəl ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkov Rusiya və Ukrayna nümayəndə heyətlərinin Əbu-Dabidə keçirilən danışıqlar zamanı 314 hərbi əsir mübadiləsi barədə razılığa gəldiyini açıqlayıb. O əlavə edib ki, hələ görüləsi çox iş var.
Mənbə: News.ru
Tərcümə etdi: Əli Balayev
