Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ ilə İran arasında mövcud olan gərginliyin bölgədə yeni bir qarşıdurmaya və xaosa səbəb olmadan azaldılması üçün Türkiyə əlindən gələni edir.

Prezident Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə etdiyi səfərlərdən sonra Türkiyəyə qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamalar verib və sualları cavablandırıb.
Ərdoğan Səudiyyə Ərəbistanı, Misirin liderləri və nümayəndə heyətləri ilə son dərəcə faydalı görüşlər keçirdiklərini qeyd edərək deyib: “İkili münasibətlərimizi bütün ölçüləri ilə əhatəli şəkildə müzakirə etdik. Bölgəmizin aparıcı ölkələri olaraq ‘regional sahiblənmə’ yanaşması çərçivəsində Fələstin və Suriya başda olmaqla aktual proseslər barədə fikir mübadiləsi apardıq”.
Mənbə: TRT Haber
Tərcümə etdi: Nuray Ədilzadə
