Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı Tayvanı Çin-ABŞ münasibətlərində "ən mühüm məsələ" adlandırıb.
Dövlət mediasının verdiyi məlumata görə, Si Cinpin Trampa adaya silah tədarük edərkən "ehtiyatlı" olmağı tövsiyə edib. O, həmçinin Vaşinqton ilə əlaqələrə "böyük əhəmiyyət" verdiyini və hər iki tərəfin fikir ayrılıqlarını həll etmək üçün yollar tapacağına ümid etdiyini əlavə edib.
Tramp çərşənbə günü baş tutan zəngi "mükəmməl", "uzun və əhatəli" kimi qiymətləndirib.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
