Bu gün:

“Real Madrid” "Valensiya" ilə oyun öncəsi hazırlıqlara başlayıb


“Real Madrid” komandası La Liqanın 23-cü turunda “Valensiya”–ya qarşı keçirəcəyi oyun öncəsi hazırlıqlara start verib. Komanda Mestalla stadionunda baş tutacaq qarşılaşma (bazar günü, saat 23:00, CEST; Orange TV və DAZN) üçün məşqlərini Ciudad Real Madrid bazasında həyata keçirib.

Məşq zamanı futbolçular fiziki hazırlıq üzrə məşqçi Antonio Pintusun rəhbərliyi altında yüksək intensivlikli testdən keçiblər. Müdafiəçi Antonio Rüdiger fərdi məşqlərlə kifayətlənib. Éder Militão və Jude Bellingham isə bərpa prosesini davam etdirirlər.

Mənbə: Real Madrid 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et