Bu gün:

Tramp: "İranla fəal danışıqlar aparırıq"


ABŞ prezidenti Donald Tramp İranla danışıqlar prosesinin davam etdiyini və Tehran administrasiyasının Vaşinqtonla razılaşmaq istədiyini bildirib.

Tramp Oval Ofisdə keçirilən müvəqqəti büdcə imzalama mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib ki, hazırda İranla fəal danışıqlar aparılır.

ABŞ prezidenti bildirib: “İranla nə isə edilib-edilməyəcəyini görəcəyik. Bir müddət əvvəl razılaşma əldə etmək imkanları var idi, lakin bu baş tutmadı. Onlar danışıqlar aparmaq istəyirlər. Hazırda onlarla danışıqlar aparırıq”.

Tramp danışıqların harada keçirildiyi ilə bağlı suala isə cavab verməkdən yayınıb.

https://share.google/c4nRaMjmsVg3l4Izp

Mənbə: TRT Haber 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et