Bu gün:

İlon Mask tarix yazıb!


Amerikalı milyarder İlon Mask kosmik və aerokosmik şirkəti SpaceX süni intellekt və sosial media startapı olan xAI-ı əldə etdikdən sonra sərvəti 800 milyard dollara çatan ilk şəxs olub.



“Forbes”in məlumatına görə, SpaceX və xAI arasında bağlanan razılaşma İlon Maskın sərvətini 84 milyard dollar artıraraq 852 milyard dollara çatdırıb. Birləşmiş şirkətin dəyərinin isə 1,25 trilyon dollar olduğu təxmin edilir. Müqavilədən əvvəl Mask SpaceX-in təxminən 42 faizinə, xAI-nin isə 49 faizinə sahib idi. Sövdələşmədən sonra onun dəyəri 542 milyard dollar olan birləşmiş şirkətin səhmlərinin 43 faizinə sahib olduğu bildirilir.

Bu rəqəmlər SpaceX-in Maskın ən qiymətli aktivi olduğunu göstərir. Halbuki Maskın Tesla şirkətində 12 faiz paya və 124 milyard dollar dəyərində səhm opsionlarına sahib olduğu məlumdur. Maskın xalis sərvəti daha əvvəl — 2025-ci ilin oktyabrında 500 milyard dollara, SpaceX-in qiymətləndirilməsinə əsasən dekabr ayında 600 milyard dollara, dörd gün sonra isə 700 milyard dollara çatıb.

“Forbes”in məlumatına görə, Mask hazırda dünyanın ikinci ən zəngin adamı olan Larri Peycdən 578 milyard dollar daha zəngindir və dünyanın ilk trilyonçusu olmağa bir addım daha yaxındır.


Mənbə: Hürriyet

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et