İtaliyanın Daxili İşlər Nazirliyi bazar günü “Kremoneze” ilə səfər oyununda tribunadan atılan məşəlin qapıçı Emil Auderonun yaxınlığına düşməsindən sonra “İnter” azarkeşlərinə qarşı sanksiya tətbiq edib.

Nazirliyin çərşənbə axşamı yaydığı məlumata görə, “İnter” azarkeşlərinin martın 23-dək səfər oyunlarına getməsi qadağan olunub. Qərara əsasən, həmçinin Milanın yerləşdiyi Lombardiya bölgəsinin sakinlərinə “İnter”in “Sassuolo”, “Leççe” və “Fiorentina” ilə liqa matçlarına bilet satışı da dayandırılıb.
Qeyd edilib ki, martın 8-də keçiriləcək Milan derbisi bu qadağaya daxil deyil. Çünki qarşılaşma azarkeşlərin hərəkətini tələb etmir.
Nazirlik açıqlamasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
