Bu gün:

​“Fənərbaxça”dan “Əl-İttihad”a sərt ittiham: Kante transferi niyə pozulub?


“Fənərbaxça” klubu fransalı ulduz N'Qolo Kantenin transferinin baş tutmamasında Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunu günahlandırıb. İstanbul təmsilçisi keçidin rəqib tərəfin texniki səhvləri ucbatından pozulduğunu açıqlayıb.

Klubdan bildirilib ki, Yussef En-Nesiri ilə Kantenin yer aldığı qarşılıqlı transfer müqaviləsində futbolçularla tam razılıq əldə olunub. “Fənərbaxça” bütün öhdəliklərini yerinə yetirsə də, “Əl-İttihad”ın Transfer Uyğunluq Sisteminə (TMS) məlumatları yanlış daxil etməsi prosesin vaxtında tamamlanmasına mane olub.

Türkiyə klubu məsələni həll etmək üçün FİFA ilə danışıqlar aparsa da, qarşı tərəfin qeyri-müəyyən mövqeyi səbəbindən transfer rəsmiləşməyib. Xatırladaq ki, 34 yaşlı Kante 2023-cü ildən Səudiyyə klubunda çıxış edir və dünya futbolunun ən titullu yarımmüdafiəçilərindən biridir.

Mənbə: BBC Sport

Tərcümə etdi: Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et