Bu gün:

Tramp: Hindistan İran əvəzinə Venesueladan neft alacaq


ABŞ Prezidenti Donald Tramp Hindistanın İran əvəzinə Venesueladan neft alacağını və bu prosesdə Çinə də imkan yaradılacağını bildirib.

ABŞ-nin qlobal enerji siyasəti çərçivəsində Venesuela neftinin yönləndirilməsi ilə bağlı açıqlama verən Tramp: “Hindistan gəlir və İran əvəzinə Venesueladan neft alacaq. Artıq bununla bağlı razılaşma konsepsiyası formalaşıb”, – deyə bildirib.

Tramp Venesuela nefti məsələsində qapının Çinə də açıq olduğunu qeyd edib.

Kuba ilə danışıqların başladığını deyən Tramp Meksika Prezidenti Klaudiya Şeynbaumun Kubaya qarşı embarqonun humanitar böhran yarada biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirib. O, “Humanitar böhran olması vacib deyil. Düşünürəm ki, onlar bizimlə razılaşmaq üçün gələcəklər. Beləliklə, Kuba yenidən azad olacaq”, – deyə qeyd edib.

İranla bağlı suala cavab verən Tramp bölgədə güclü hərbi qüvvələrin mövcudluğunu vurğulayıb. “Dəqiq deyə bilmərəm, amma bu istiqamətdə çox böyük və güclü gəmilərimiz var. Ümid edirəm ki, onlar məqbul bir məsələ üzərində danışıqlar aparacaqlar”, – deyə o bildirib.

Tramp əlavə edib ki, İran nüvə silahı əldə etməməlidir: “Nüvə silahı olmadan, hər kəsi qane edən bir razılaşma danışıqlar yolu ilə əldə oluna bilər. Onlar bunu etməlidirlər, amma edib-etməyəcəklərini bilmirəm. Bununla belə, bizimlə danışırlar və bunu ciddi şəkildə edirlər”.

 https://share.google/7maBXVO67U29IW7sq

Mənbə: TRT Haber 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et